11

Dek

Sabirabadda “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib

Sabirabadda Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib.

 

08 dekabr, 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabı, Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bayraq Muzeyində təqdimatı keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Xalq şairi Mirvarid Dilbazinin, müqəddəs şəhidlırimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimatda çıxış edən, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, Ümummilli Lider Heydər Əliyev poeziyamızın inkişafında misilsiz xidmətlər göstərib. Bu da, həmin dövrün yazıçı və şairlərinin yaradıcılğında öz əksini tapıb. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olub və sözə daim sevgi ilə yanaşıb. Eyni dövrdə yaşayıb, yaratmış Xalq şairi Mirvarid Dilbazinin yaradacılığında xalqın qeyrətli oğlu Heydər Əliyev dühası xüsusi yer tutur.

Daha sonra tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Tədbirdə çıxış edən şairlər- Rəqibbə Qəvvas, Saleh Hüseynov və digəraaa natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyevin hər zaman fəxrlə yad ediləcəyi, qürur hissi ilə xatırla¬nacağını vurğulayaraq, Ulu öndərin fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərdiyindən geniş şəkildə bəhs etmişlər. Bəstəkar, ifaçı Yaqut Almaz Ulu Öndərə həsr edilmiş sözlərə və Mirvarid Dilbazinin şeirlərinə bəstələdiyi mahnıları ifa etdi, tədbirə xoş ovqat bəxş etdi.

Sonda xatirə şəkili çəkildi.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.