Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi
Əziz Mirvarid xanım, əziz bacımız! Mən bu möhtəşəm yubileyiniz münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət və yeni yaradıcılıq uğurları arzulayıram. Mən ürək sözlərimi sizə göndərdiyim təbrik məktubunda yazmışdım. Ancaq bugünkü yubiley gecəsi, bu salonda olan sevinc, şadlıq və sizin yaradıcılığınızın nümunələrini…