Xalqın gözü zərrəbin, səbri ümmandır…

 * * *

Ümidsizlik – arzuları tədrici iflic edən azardır.

 * * *

Nəciblik, fədakarlıq da istedad kimi fitri sərvətdir.

 * * *

Ətalətlə yoxsulluq qardaşdır.

 * * *

Günəş soyuyanda yarpaqlar xəzəl olur, ürək soyuyanda fikirlər.

 * * *

Hər insanın beş duyğu üzvü var, sənətkarın isə bütün

toxumaları duymaq qabiliyyətinə malikdir.

 * * *

Məhəbbətin təbiət kimi çiçəkli, xəzanlı, şaxtalı, quraqlı,

bəhərli, bəhərsiz fəsilləri olur. Ən uğurlu məhəbbət bəhər fəsilli məhəbbətdir.

 * * *

Bədxah adamın ürəyi qaranlıq gecəyə oxşayır.

Qaranlıqda yol axtaran uçuruma düşə bilər.

 * * *

Paxılın gözü həmişə qonşuda olur.

 * * *

Ən dəhşətli şikəstlik – mənəvi şikəstlik, ən çətin

yoxsulluq – fikir yoxsulluğudur.

 * * *

İnamsız, idealsız adam qanadı kəsilmiş quşa oxşayır, o,

yüksəklərə qalxa bilmədiyi üçün öz məhdud düşüncə dairəsindən çıxa bilmir.

 * * *

Kişisiz vətəni düşmən ayaqlar.

 * * *

Hər doğulan oğuldan kişi olmur.

 * * *

İşsiz adamın saqqızı qiybət olur.

 * * *

Kiminin adı çıxır, kiminin odu.

 * * *

Kimi əməklə yüksəlir, kimi köməklə,

 * * *

Pulun itsin, yolun itməsin.

 * * *

Ürək- körpə uşaqdır,

Ağıl-ana.

Bu ana öz uşağını həmişə oddan qoruyur.

 * * *

Payızda çiçəkləyən ağacın meyvəsi olmur.

 * * *

Kədər də ömür kimi qocalır.

 * * *

Fəaliyyətsiz şəxsin əli işləmir, dili işləyir.

 * * *

Böhtan zəli kimi qani sorub doymamış insanı tərk etmir.

 * * *

Yaradan insanın iki ömrü var: biri torpağa qarışır, o biri

dünyada əbədi qanad çalır.

 * * *

İnsanın ömrü məhəbbət torpağı üzərində göyərir: Vətən

məhəbbəti, ana məhəbbəti, övlad məhəbbəti, sevdiyin

bir insanın məhəbbəti.

 * * *

Məhəbbət çirkinləri də gözəl göstərmək qüvvəsinə

malikdir.

 * * *

Mənəvi ölüm ölümlərin ən dəhşətlisidir.

 * * *

Balasını ağladıb, anasını güldürmək istəyən adam

müstəbiddir.

 * * *

Məhəbbət olmayan ürəkdə həsrət olmaz,

 * * *

Çıraq yana-yana işıq saçır, insan yarada-yarada,

 * * *

Aldadan, aldanandan çox xəcildir,

 * * *

Sənə qərəzli olan adamla bir yerdə yaşamaq tədrici ölüm deməkdir

 * * *

Qəddarlıqla məhəbbət bir yerə sığışa bilməz.

 * * *

Qətiyyətsizlik əsarətlə qardaşdır.

 * * *

Yüngül adamların məhəbbəti də, nifrəti də «uçağan» adlı

çiçəyə oxşayır: üfürsən, uçacaq, əlində tozu qalacaq.

 * * *

Çiçəklər günəşsiz, insanlar məhəbbətsiz yaşaya bilməzlər.

 * * *

İnamsız, etiqadsız adam dən tutmamış sünbülə oxşayır.

 * * *

İnamlı şəxsin inamsız şəxslə bir yerdə yaşamağı işgəncələrin ən dəhşətlisidir.

 * * *

Məhəbbət bizimlə qoşa doğulur.

 * * *

Başında varlanmaq havası olanlar xalq içində az ömür olurlar.

 * * *

Məhəbbət körpə nəfəsi kimi saf olmalıdır.

 * * *

Məhəbbətin qapısı ötəri duyğulara bağlıdır.

 * * *

Məhəbbət sədaqətlə qardaşdır.

 * * *

Övlad var, çıraq yandırar,

Övlad var, məşəl söndürər.

 * * *

İsrafçı öz ömrünü xərcləyir.

 * * *

Öz xalqını sevməyən adam başqa xalqların

sevimlisi ola bilməz.

 * * *

Qocaların xatirələri gənclərin eşqi kimi alovlu olur.

 * * *

Qocalar bilir ki, gənc olmayacaq,

Gənclər elə bilir, qocalmayacaq.

 * * *

Dünyada əbədi, ülvi bir məhəbbət var: o, ana məhəbbətidir.

 * * *

Ata-ana ocağını söndürən şəxsdən vətəndaş ola bilməz.

 * * *

Vəzifə məhək daşıdır. İnsanların kamilliyi, naqisliyi burda sinanır.

 * * *

İnsanın ilk qiymətini ata-anası verir, burada yaxşı qiymət

ala bilməyənlər xalqın hörmətini qazana bilməzlər.

 * * *

Sənətini sevməyən adamın ürəyi çiçəksiz torpağa

oxşayır. Onun gözü həmişə özgə torpağında açan

çiçəklərdə olur.

 * * *

İstedadsızlar istedadlıların qənimidir.

 * * *

İstedad torpağa oxşayır, gərək həmişə onun qullugunda durasan.

 * * *

İnsan harada təklik hiss edirsə, o yer onun üçün qürbətdir.

 * * *

Xəyanət sirin dilli olur,

 * * *

Ceyran qaçısından, durna uçuşundan tanınır.

 * * *

Saf olmayan su içilmir.

 * * *

Bos torpaqda quyu qazmırlar.

 * * *

Bülbül səsindən qəfəsə düşür.

 * * *

Qorxağın qəddi həmişə bükülü olur.

 * * *

Bir gününü sevinclə yaşayan kefcil, illərin kədərilə ağlayır.