26

Apr

Naxçıvanda kəlağayı günləri keçirilib

CULFA RAYONU, KIRNA KƏND TAM ORTA MƏKTƏBİNDƏ MÖHTƏŞƏM KƏLAĞIYI GÜNÜ
Naxçıvan Muxtar Respublikasında keçirilən “Sazlı, Sözlü Kəlağayi Günləri” layihəsi çərçivəsində 2024-cü il arpel ayının 19-da möhtəşəm tədbir keçirildi. Tədbirin keçirildiyi məktəb bayramsayağı bəzədilmişdi. Hər yan göz oxşayırdı. Qədimi kəlağayılı məktəblilər, müəllimlər və qonaqlar xoş duyğularla dolu bir gün yaşayırdı. Bu əsl sənət bayramıydı.
Möhtəşəm, maraqlı, böyük zövqlə, geniş ssenari ilə hazırlanmış tədbirdə Kırna kənd tam orta məktəbinin direktoru Zərnişan Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin əməkdaşı bütün səfər boyu öz dəstəyini, köməyini əsirgəməyən, hər səfərimizdə diqqət, qayğı göstərən, milli mənəvi dəyərlərimizə, eləcə də milli baş örtüyümüz kəlağayıya xüsisi rəğbəti olan Gültəkin Rüstəmli, Culfa rayon təhsil şöbəsinin nümayəndəsi Vüqarə Rzayeva, Kırna kənd mədəniyyət evinin direktoru Sona Əsgərova, şəhid Ramazan Göydağlının anası Zülfünaz Əliyeva, şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai birliyinin sədri, “Kəlağayi Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı çıxış edərək kəlağayının istehsal proseslərindən, məişətdəki mövqeyindən, xanımlarımızın açır-həya, yaraşıq və gözəllik rəmzi kimi mənəvi dəyərindən, naxış və ornamentlərin özəlliyindən, xalqımızın xaricdə də tanınmasında önəmli rolundan geniş informasiya və bilgilər verdilər.
Tədbirdə saz havalarını, muğam parçalarını, xalq mahnılarını şagirdlər böyük şövq, həvəs və məharətlə ifa etdilər. Səhnəciklər göstərildi, kəlağayıya həsr olunmuş şeirlər səsləndirildi. Milli geyimdə milli rəqslər, milli mətbəximizin nümunələri tədbirə xüsusi rəng qatdı. Xalqımızın öllməz sənətini, sənətkarlığını, mükəmməl dünyagörüşünü nümayiş etdirən toxuculuq alətlərində, yun darağında şagirdlər qədim tariximzi iştirakçılara xatırlatdılar.
Tədbirin sonunda yaşı 100-ü keçən qədim ornamentli mis məcməyi və qədimi ağ zəmin kəlağayı məktəb diretoru Zərnişan Məmmədzadə tərəfindən, Culfa rayon mədəniyyət evi və təhsil şöbəsi adından Güllü Eldar Tomarlıya “Kəlağayı Muzeyi üçün mükəmməl əl işi balaca xalça, Kırna kənd mədəniyyət evinin direktoru Sona Əsgərova tərəfindən qırmızı rəngdə qədimi kəlağyı hədiyyə edildi.
“Tarixlərin çox nişanı, hər daşın köksündə ox nişanı” olan Naxçıvanın əhalisinin zəngin mənəvi dəyərlərə belə yüksək sayğı göstərməsi məni çox qürurlandırdı. Orada milli kökümüzə, milli ruhumuza, adət-ənənələrimizə mədəniyyətimizə sadiqlik həmişə möhkəm və öndə olub. Naxçıvan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, sənətkarlığının qaymaqlarını yetişdirən qədim Türk diyarıdır. Burda mənəvi dəyərimiz kəlağayıya xüsisi sevgi var.
Bizim hədəflərimiz daha böyükdür. Xalqımızın mənəvi dəyərlərini qorumaq, yaşatmaq, təbliğ etmək şərəfli işdir.
GÜLLÜ ELDAR TOMARLI

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.