22

İy

Şəhid Zaur İsmayılzadənin doğum günü münasibətilə əlaqədar tədbir keçiriləcək

29 iyul 2023 cü il saat 12:00-da Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin doğum günü münasibətilə əlaqədar Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək.

İçtirak üçün əlaqə telefonu: 0516225113

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 16.

Xatıradaq ki, Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olub. Subay idi.

 

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Zaur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur İsmayılzadə oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayılzadə Zaur ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

 

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zaur İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.