29

İy

Şəhid Zaur İsmayılzadənin anım günü keçirilib

 

29 iyul, 2023-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Zaur İsmayılzadənin mövludu günü qeyd olunub.

 

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq şəhid Zaur İsmayılzadənin qəhrəmanlığından, keçdiyi döyüş yolundan danışdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

 

Tədbirdə şəhid anaları, ataları, doğmaları, şəhid Zaur İsmayılzadənin doğmaları, döyüş yoldaşl arı, Müdafiə Nazirliyinin təlim-tədris mərkəzinin mayoru Fərahim Baloğlanov, gizir və çavuçlar, KİV nümayəndələri, QHT rəhbətərləri, şairlər, elm adamları iştirak etdilər. Bəstəkar Almaz Yaqut şəhid Zaur İsmayılzadənin anasına bəstələdiyi ” Ana,məni bağışla.’ şeirini öz öz bəstəsində ifa etdi.

Sonda şəhid Zaur İsmayılzadənin anası Sevil xanım şəhidimizin uşaqlıq illərindən, mərdliyindən, qəhrəmanlığından danışdı. Anasının Zaur İsmayılzadəyə nişan üçün verdiyi ağ zəmin, yeləni zəfər simvolu ”Xarı bülbül” – ün rəngini xatırladan kəlağayını ”Kəlağayı Muzeyi”-nə təqdim etdi.

 

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.