02

Avq

Şəhid İsmayıl İsmayılovun anım günü keçiriləcək

04 avqust 2023-cü il saat 12:00-da 1-ci Vətən müharibəsinin şəhidi İsmayıl İsmayılovun doğum günü münasibətilə, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçiriləcək. Hər biriniz dəvətlisiniz.

 

Əlaqə: 0703132339 / 0516225113

Ünvan: Azərbaycan Atatürk Mərkəzi

 

Xatırladaq ki, İsmayılov İsmayıl Barat oğlu 04.08.1968-ci ildə Yuxarı Yeməzli kəndində anadan olub. 1985-ci ildə Sarallı Xəştab kənd məktəbində orta təhsilini tamamlayıb. Həmin il Bakı şəhərində 14 nömrəli texnki peşə məktəbinə qəbul olunub və rəngsazlıq üzrə kurs keçməklə kəndlərinə dönüb. Rusiya Federasiyasiyasının Krasnoyarsk vilayətinə hərbi xidmətə gedib. 1988-ci ildə ordudan qayıdaraq H.Aslanov adına sovxozda fəhlə işləyib. 1989-cu ildə rayon milis şöbəsinin post-patrul xidmətinə qəbul edilib. Daxili işlər nazirliyinin milis məktəbində xüsusi hazırlıq kursu keçib. 1989-92-ci illərdə Ermənistanla həmsərhəd kəndlərin qorunub saxlanması və dinc əhalinin müdafiəsi üçün təşkil olunan hərbi əməliyyatlarda iştirak edib. Dəyanət göstərdiyi son döyüşü Cəbrayıl rayonunun Dərzili kəndi yaxınlığında olub. Naməlum şəraitdə itgin düşüb. 1995-ci ilin mart ayında ona şəhidlik statusu verilib.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.