15

İy

“Kəlağayı əlvan qıyqacı” adlı sazlı-sözlü novruz tədbiri keçirilib

13 mart 2023-cü ildə, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində “Kəlağayı əlvan qıyqacı” adlı sazlı-sözlü novruz tədbiri keçirilib.

Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin sədri şair-publisist Güllü Eldar Tomarlı açaraq bidirdi ki, el şənliyimiz – Novruz bayramında milli sərvətlərimizin, həmçinin, milli geyimlərimizin sehrinə düşürük. Kəlağayı milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatmışdır.
Tədbirdə sayılıb, seçilən elm adamları, saz-söz vurğunları iştirak ediblər. Sazda milli el havaları səsləndrilib.

By Vüsal Ağa|yeniliklər|0 comment

Comments are closed.