23

Noy

İsmayıllıda “Sazlı-sözlü kələğayı” günləri keçirildi.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, İsmayıllı rayon İcra hakimiyyətinin və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə ”Sazlı-sözlü Kəlağayı Günləri” çərçivəsində İsmyıllıda tədbir keçirilib. Tədbir nəticəsində sazlı-sözlü konsert, ”Anam kəlağaylı bir muğamıydı…” kitabının təqdimatı, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib.

İsmayıllı rayon Mədəniyyət Mərkəzində baş tutan tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq

tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaq olduqca vacibdir. Şair publisist Güllü Eldar Tomarlı vurğulayıb ki, ”Sazlı-sözlü Kəlağayı Günləri” çərçivəsində noyabrın 26-dək ölkəmizin ayrı-ayrı şəhərlərində -Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə regional qrumlarının dəstəyi ilə, İsmayıllı rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə sazlı-sözlü görüşlərimiz keçirilir və kəlağayımızın təbliği davam edir.

Sonra İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai siyasi humanitar məsələlər üzrə şöbə müdirinin müavini Nəsimi Teymurova söz verildi. N.Teymurov kəlağayı istehsalının bu gün Basqalda yükək inkişafından, təbliğ olunmasından, dünyaya yayılmasından danışıb. ”Anam kəlağaylı bir muğamıydı” kitabı haqqında ,yeni nəşr olunmuş kitabın milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan kəlağayının yaşadılması və təbliği cəhətindən qiymətli kitab olaraq dəyərləndirib.

Sonra Ailələrə Dayaq Xeyriyyə İctimai Birliyinin sədri Natavan xanım, kəlağayı ust ası Roman Səfərov, şair Şahməmməd Dağlaroğlu çıxış etdilər.

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin ”Nial” instrumental ansamblı, ansamblının solistləri- Ramil Salmanov, İntiqam İbrahimov, Əməkdar Mədəniyyət işçisi Sahibə Abdullayeva gözəl ifaları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

 

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.