08

Noy

Gəncədə “sazlı-sözlü kəlağaylı günləri” keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə Gəncə Kukla Teatrında tədbir keçirilib. Tədbir nəticəsində sazlı-sözlü konsert, ”Anam kəlağaylı bir muğamıydı…” kitabının təqdimatı, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Kəlağayı E v muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib.

Gəncə Kukla Teatrında baş tutan tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbir iştirakçılarını salamlayıb, vətənimizin azadlığı, bütövlüyü, suverinliyi uğrunda şirin canlarlndan keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Güllü Eldar Tomarlı tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaq olduqca vacibdir. Şair publisist Güllü Eldar Tomarlı vurğulayıb ki, ”Sazlı-sözlü Kəlağayı Günləri” çərçivəsindəki tədbirlər noyabrın 1-də Naxçıvanda, noyabrın 5-də Tovuzda, bu gün Gəncədə davam edir və noyabrın 26-dək ölkəmizin ayrı-ayrı şəhərlərində – Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə regional qur umlarının dəstəyi ilə sazlı-sözlü görüşlərimiz keçiriləcək, kəlağayımızın təbliği davam edəcəkdir.

Sonra Tovuz rayonu, Azərbaycan Yazıçılar Birliyinin, Gəncə bölməsinin sədri, şair Xəzangül Hüseynova milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan kəlağayının yaradılması, yaşadılması və təbliğinin vacibliyindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elton Türkel, yazıçı Aləmzər Əlizadə, mədəniyyət işçisi Fə ridə Qədimova, Elnurə Məmmədova, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- şair Mələk İsmayıl, Brilyant Atəş, Səlbi Baxış , Arzu Yaqubqızı, kəlağayı haqqında maraqlı xatirələri, düşüncələri, şeirləri ilə iştirakçılara xoş anlar bəxş ediblər.

Azərbaycan Texnologiya Universitetinin baş müəllimi, Kəlağayının etnotarixi və texnologiyasının elmi tədqiqatçısı doktorant Hicran Ramazanova öz çıxışında kəlağayının bölgələr üzrə və naxışlanma sistemi üzrə təsnifatı haqqında danışdı.

Tədbirdə Göygöl Dövlət və Rəqs ansamblının muğam üçlüyünün zəngin repertuarları, rəngarəng ifaları tamaşaçılara xoş anlar yaşatdı.

Sonda xatirə şəkili çəkilib.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.