05

Sen

Əzizə Cəfərzadənin anım günü keçirilib

2023-cü il sentyabrın 4-də Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Bitliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın Xalq yazıçısı, professor, ədəbiyyatşünas, ictimai xadim, xeyriyyəçi Əzizə Cəfərzadənin anım günü keçirilib. Tədbiri kitabxananın direktor müavini Günay Həsənova salamladı, açaraq iştirakçılara Əzizə Cəfərzadənin yaradıcılığından və ictimai fəaliyyəti haqqında qısa məlumat verdi.

 

Tədbir Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlının aparıcılığı ilə davam etdi.

Tədbirdə yazıçının oğlu, əsərlərinin naşiri Turan İbrahimov, şəhid atası, aktyor Əli Nur, şəhid anası Məleykə xanım, birinci Qarabağ müharibəsi qazisi, mayor Aida Şirin, professor Vaqif Sultanlı, araşdırmaçı yazar, publisist Vaqif Osmanlı,filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi və başqaları çıxış etdilər.

Tədbir iştirakçıları Əzizə Cəfərzadənin həyat və yaradıcılığı haqqında videomaterialı izlədilər. Gənc aşıq Nərmin Gədəbəylinin ifasında aşıq havası və beşinci sinif şagirdi Şəfəq Vəliqızının söylədiyi Mirvarid Dilbazinin “Azərbaycan qadını ” şeri alqışlarla qarşılandı.

By Vüsal Ağa|yeniliklər|0 comment

Comments are closed.