20

Okt

Bakı şəhərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçiriləcək!

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində 24 Oktyabr 2023-cü il saat 14:00-da, Bakı şəhəri, “Xəzər” Universitetinin Fikrət Əmirov adına konfrans-konsert salonunda kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçiriləcək.

 

Qeyd edək ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində ”Kəlağayı əlvan qıyqacı” layihəsi üzrə qalib elan olunmuşdur. Layihə çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkili və “Kəlağayı əlvan qıyqacı” kitabının təqdimatı nəzərdə tutulmuşdur.

 

Ünvan: Fikrət Əmirov adına konfrans-konsert salonu, Bəşir Səfəroğlu küçəsi 22, Bakı;

Əlaqə telefonu: 051 622 51 13

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.