13

Sen

Anam kəlağaylı bir muğamıydı adlı yeni kitab işıq üzü görüb

Mirvarid Dilbazi Poeziya Məclisi Ictimai Birliyi qədim milli-mənəvi dəyərlərimizdən olan- Azərbaycan kəlağayısını hər zaman təbliğ edir, müxtəlif tədbirlər keçirir. Bu günlərdə İctimai Birliyin təşəbbüsü ilə nənələrimizin, qız-gəlinlərimizin ismət, gözəllik, yaraşıq rəmzi kəlağayını vəsf edən şeir, hekayə, elmi və publisistik yazılar toplanmış “Anam kəlağaylı bir muğamıydı…” adlı yeni kitab oxucuların görüşünə gəlib. Mirvarid Dilbazi Poeziya Məclisi İctiamai Birliyinin təşəbbüsü ilə “Elm və təhsil” nəşriyyatında nəfis formada nəşr olunan bu kitabın redaktoru Güllü Eldar Tomarlı, tərtibçi Vüsal Sehranoğludu. Üz qabığındakı ” Kəlağayılı Azərbaycan qadını” rəsm əsərinin müəllifi isə rəssam Gülnarə Məmmədlidir.

Kitabdakı bədii nümunələrdə, məqalələrdə kəlağayının tarixi, istehsal prosesi, mərkəzləri, kəlağayının ayrı-ayrı formaları, naxış və ornamentlərin dili və ötürdüyü zəngin informasiya haqqında bilgilər verilib, kitabda rəssam Gülnarə Məmmədlinin kəlağayıya aid rəsm əsərlərinə də yer verilib. Kitabın adı Xalq şairi Nəriman Həsənzadənin şeirindən götürülüb.

“Anam kəlağaylı bir muğamıydı…” kitabı 26 noyabr “Azərbaycan Kəlağayısı Günü”nə Mirvarid Dilbazi Poeziya Məclisinin töhfəsidir.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.