25

Okt

7 polis şəhidimizin 30-cu anım tədbiri keçirilib

 

25 Oktyabr 1993-cü ildə Cəbrayıl rayon Dərzili kəndi ərazisində, Zəngilanın müdafiəsi zamanı mənfur düşmənlərə qarşı qeyri bərabər döyüşdə şəhadətə ucalmış, Daxili İşlər Nazirliyinin əməkdaşları, 7 polis şəhidimiz İsmayılov İsmayıl Barat oğlu, Bəşirov Fazil Arif oğlu, Quliyev Aqil Mehralı oğlu, Quliyev İlham İmamqulu oğlu, İsmayılov Möhlət Bəhmən oğlu, Paşayev Sabir Əziz oğlu və Nərimanov Elşad Əvəz oğlunun 30-cu anım ili ilə əlaqədar, 25 oktyabr 2023-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə anım tədbir keçirilib.

 

Gəncliyə Yardım Fondunda təşkil edilən anım tədbirini, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açaraq, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirə aparıcılıq edən Güllü Eldar Tomarlı sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvü, şair Lalə İsmayıla verib. Lalə İsmayıl 7şəhid polisimizin ömür yolundan, qəhrəmanlığından söhbət açıb.

 

Sonra Milli Məclisin deputatları Səbinə Xasayeva, Aydın Hüseynov, Zəngilan rayon İcra başçısının müavini Xanım Rüstəmova qəhraman şəhidlərimizin qazandıqları,

Qarabağ Azərbaycandır adlı zəfərimiz barədə geniş söhbət açdılar.

AVMİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və yoldaşları, vətənpərvər mahnılar bəstəkarı Fərahim Sadiqin Əsgərnamə elegiyası ilə məclisi canlandırdılar. Tədbirin təşkilatçılarından, müharibə veteranı, şəhid bacısı Lalə İsmayıla

BÖYÜK ZƏFƏR

xatirə medalını təqdim etdilər.

Yeddi Məzarsız şəhidimizin şəhadətinin şahidi Zakif Abbasov, gerçək qəhramanlarımız haqqında kitablar yazılması, onların xalqa layiqincə təbliğ edilməsi barədə arzu, istəklərini bildirdi.

Şəhid bacısı Gülizə İbadova,

Şəhid xanımı Sevinc Paşayeva öz çıxışlarında doğmalarını qonaqlara anlatmağa çalışdılar, Gülizə xanım öz çıxışından sonra şəhid ailələrinə və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə Yeddi şəhidimizin şəkillərini hədiyyə etdi.

Keçmiş polis əməkdaşı Zöhrab Ağayevin taxta üzərində odla işlədiyi Yeddi Şəhid Polisimizin rəsm əsəri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə təqdim edildi.

Keçmiş Polis əməkdaşı Osman Valiyev çıxışında qəhraman oğulların şəhid düşdükləri yerdə xatirə abidəsinin ucaldılması barədə təklifi, Şəhid ailələrinin ürəyincə oldu.

Polis şəhidlərimizin anım günündə DİN-nin nümayəndələri də iştirak edərək, öz ürək sözlərini ailələrlə paylaşdıqlar. Zəngilan rayon 10 nömrəli məktəbin müəllimi İlhamə Quliyevanın şagirdləri ilə birgə hazırladıqları səhnəcik, Ağdam rayon 33 nömrəli məktəbin müəllimi Zəminə Cavadlının şagirdi Tünzalə Tağıyevanın, Qaradağ rayon, Elxan İsmayilov adına 253 nömrəli məktəbin şagirdi Mehrac Dünyamalıyev söylədiyi şeir, İsmət Qayıbov adına 1 saylı məktəbin 2-ci sinif şagirdi Fərman Əzizovun ifa etdiyi “Azərbaycan” adlı nəğməsi ürəkləri riqqətə gətirdi.

Çıxışçılar arasında

Azad Müəllimlər İctimai Birliyinin sədri, Bakı şəhər 35 nömrəli orta məktəbin ingilis dili müəllimi

Pərvanə Talıbova, tədbirimizdə UNUTMADIQ adlı, elə yeddi qəhraman şəhidimizin də haqqında yazıları yer almış kitabları qonaqlara hədiyyə etdi. Şəhid anaları, Müşfiqimizin anası Aygün xanım, Cənilimizin anası Aygün xanım, Zaur İsmayılzadənin anası Sevil xanım yeddi şəhidimizin ailəsinə, bizlər itirdiklərimizin əvəzinə Vətən qazandıq deyərək, mənəvi dəstək oldular.

İstefada olan polkovnik leytenant Bayram Məmmədov İgidlərimizin haqqında, belə ki, ta müharibənin ilk günlərindən Azərbaycan polisinin sərhədlərimizdə, vətənimizin müdafiəsi üçün apardıqları mübarizə haqqında dəyərli fikirlər bildirdi.

tədbir iştirakçılarına şəhidlərin ömür və döyüş yolu haqqında məlumat veriblər, xalqımızın igid övladlarının göstərdikləri şücaətlərdən, Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə bitən Vətən müharibəsindən söz açıblar. Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir qəhrəmanımızın xatirəsi daim qəlbimizdə yaşayacaq.

 

Sonda şəhidlərimiz haqqında videorolik izlənilib.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.