EY FÜZULİ

Ey Füzuli, bu pərişan dərdi – pünhan könlümü

Yandırıb odlara sən, neçün belə qan eylədin?

Mən sürüb qəm karvanım gəldim ki, sən esq əhlisən,

Könlümü viran edib, sən bunca əfqan eylədin.

Gəlmişəm dərgahına, son qoy bu hicran ahıma.

Tez açıb qəm süfrəni sən məni mehman eylədin.

Ey məhəbbət mülkiinün sultanı, eşq peygəmbəri,

Eşq, sənət mülkünü sən gül-gülüstan eylədin.

Gəlmişəm vəslin bulum, sən vəslina əlçatmazın,

Sən məni eşq taxtı üstə şaha sultan eylədin.

Sən mənə bəxş eylədin ey pir, bu sərvət kanını,

Könlümün mülkün o dəmdə çilçıraqban eylədin.

1994