MUSTAFA KAMAL ATATÜRK
Gözündəki hiddətinə,
Əzab çəkmiş millətinə,
Sənin oğul qeyrətinə
Qurban olum!
Yenilməz döyüş əzmina,
Millətini işğallardan
Qurtardığın böyük güna,
Vətən, millət, xalq esqinə
Qurban olum!
Ey Türk oğlu!
Ey yurdda sülh!
Cahanda sülh!
Deyən millət qəhrəmanı!
Sən istiqlala can atan,
Bununçun qanlara batan
İnsanlığın övladısan.
Məzlumların dayağısan,
Sönməz ocaqlar odusan.
Sənin kişi vüqarına,
lşğallardan qurtardığın
Azad, zəngin diyarına,
Müqəddəs Türk torpağında
Məbəd olan məzarna
Qurban olum!
1990