Mirvarid Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi poeziya nümunələri bütün zamanlarda öz təravətini itirməyəcək və onun əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Mirvarid xanım Dilbazi Azərbaycan qadınının, anasının ən parlaq, ən gözəl nümunəsidir.
Şair ana-vətəndaş Mirvarid Dilbazinin lirikası Azərbaycan poeziyasının elə bil toplusudur ki, onun səhifələrində yarıməsrlik ictimai-siyasi dövrün poetik salnaməsi inikas etməkdədir.