ŞÜCAƏTLİ ƏZİZİM

Uzun illər respublikamıza rəhbərlik etmiş hörmətli Heydər Əliyeva ithaf

Vətənimiz də birdir,

Torpağımız da bizim

Üstü mavi zolaqli

Bayrağımız da bizim.

Ocaqlara od verən

Bir ocağın oduyuq,

İnamlı, etiqadlı

Bir xalqın övladıyıq.

Bizim yolumuz çətin,

İradəmiz sarsılmaz,

İnamımız da birdir.

Bu yol ağır savaşlı

Bizim bu günümüzdən

Aydın sabaha gedir.

Bu yüksəliş yoluyla

Gedir xalqımız bizim.

Qabaqda sən gedirsən

Şücaətli əzizim!

Ikiüzlü olanı

İki yandan vurursan,

ikisözlü olanı

Bir sözlə susdurursan.

Sən düşmənsən yalana,

Əliəyri olana,

Yaxşı divan tutursan

Vəzifələr başında

Hər gün haram pullarla

Ciblərini dolduran

Millətə ot yolduran

Qansız rüşvətxorlara,

Acgöz nankorlara.

Eşq olsun qüdrətinə,

Milli cəsarətinə.

Qani doğma qanımız,

Milli qəhrəmanımız!

Xalqımızın ər oğlu!

Millətə rəhbər oğlu!