OĞUL QEYRƏTİ

Əziz oğlumuz Heydər Əliyev ithaf

Cavidi vətənə gətirən oğul,

Onu öz xalqına yetirən oğul,

Xalqının misilsiz qayğılarını

Öz çiyni üstünə götürən oğul,

Var olsun bu oğul qeyrətin sənin!

Böyük işlər gördün böyük hünərlə,

Bəzədin vətəni abidələrlə,

Cavidlə görüşdük, bu şad xəbərlə

Çoxaldı bir daha hörmətin sənin!

Sağ ol xalqımızın igidi, mərdi!

Bu bir şücaətdi, bu bir hünərdi:

Getdi sinəmizdən Cavidin dərdi,

Unutmaz bu haqqı millətin sənin.

Tarix nə üz görür, nə rüşvət alır,

Tarixdə tarixi həqiqət qalır.

Adın həqiqətlə birgə ucalır,

Xalqına xidmətdir-şöhrətin sənin

Əhsən kamalına, əqlinə əhsən!

Bir xalqın oğlusan, demirəm təksən,

Sən xalqa endikcə, yüksələcəksən,

Adi xidmət deyil, xidmətin sənin.

Aqillər unutmur bu haqq-sayı:

Cəfərin türbəsi, Vurğun sarayı.

Vaqif məbədinin hardadır tayı?

Xalqına şöhrətdir qüdrətin sənin.