FÜZULİNİ DİNLƏRKƏN

Bir şairi biqədir həzinəm, əgər ölsam,

Min təzkirə təhrir edəcəklər kəfənim.

                                                Füzuli

Sən aylı, ulduzlu bir asimansan,

Vüsalsan, həsrətsən, eşqsən, hicransan,

Dönüb bir ulduza könlümdə yansan,

Hər zərrəm nurunla işıqlanmazmı?

Qoy məni yandırsın bu odlu nəfəs,

Salsın öz sehrinə, bu sehrli səs!

Ey dost, xilasıma çalışma əbəs,

Eşqin dəryasında qərq olan azmı?

İstərəm üz sürəm mən o dərgaha,

Qatam öz ahımı, o çəkən aha,

Ərz edəm hahmı o şahənşaha

Pərvanə od görsə, oda yanmazmı?

Gündüzüm həmdəmi, gecəm yoldaşı,

Sən oxu, qoy axsm gözümün yaşı.

Bu həsrət yolçusu, hicran sirdaşı,

Ah çəksə, ahından su da yanmazmı?

Füzuli eşqilə doludur sinəm,

Bu eşq zirvəsindən qoymayın enəm,

Bu ilahi eşqlə elə zənginəm…

Sərvət axtaranlar məni anmazmı?

1989