FÜZULİ

Ey Füzuli, eşq dolu bir badəyəm,

Mən sənin söz mülkünə səccadəyəm.

Varmasam dərgahına, od almasam,

Kim bilər, kim dərk edər ki, mən nəyəm.

Ey məhəbbət mülkünün bir dənəsi!

Sultanı

Sahı!

Dürü-

Dürdanəsi!

Olmuşam mən eşqinin divanəsi,

Yanmağa od axtaran parvanəyəm.