FİRUDİN BƏY KÖÇƏRLİYƏ

Başına tuşlanan düşmən xəncəri

Xalqının qəlbinə tuşlandı sənin.

Bu müdhiş ölümün acı xəbəri

Sağalmaz dərdidir bizim vətənin.

Sinəmiz ocaqdır, sönmür məşəli,

Yandıqca gur yanıb, yandırır bizi.

O xəncər vuranın qurusun əli!

illər var göynədir ürəyimizi…

O müqəddəs qanın tökülən yerə

Ruhlar hər zaman səcdəyə gəlir…

Dözməyib şair də bu bəd xəbərə,

Gündə neçə dəfə dirilir, ölür.

1954