26

Sen

“Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli filmin çəkilişlərinə başlanılıb

 “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrası ilə bağlı qədim tarixi mədəniyyətə malik Basqal qəsəbəsində çəkilişlərə başlayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli filminin çəkilişlərinə başlanılıb.

Basqal Azərbaycanın kəlağayı sənətinin vətəni, milli-mədəni irsimizin beşiyidir. Çəkiliş zamanı kəlağayının hazırlanma prosesi lentə alınıb.

Daha sonra çəkliş qrupu, kəlağayının qədim adət-ənənələrə görə istifadəsini çatdırmaq üçün Sumqayıtda tanınmış çapar Gülay Fərzəliyevanıda lenta alıb.

Layihə rəhbəri Güllü Eldar Tomarlının evində sənədli filmin çəklişləri davam etdrilib, kəlağayını hər zaman göz bəbəyi kimi qoruyan, onun hər yerdə təbliğini, tədqiqini həyata keçirən Güllü xanım çəkliş qrupunu 150-dən çox kəlağayı kolleksiyası ilə tanış edib. Uzun müddət örtülməyən, sandıqlarda, dolablarda qalan kəlağayılara yenidən can verərək, Kəlağayı muzeyi yaratmaq istəyində olduğunuda bildirib.

Sənədli film noyabrın 1-dək ictimaiyyətə təqdim olunacaq.

By Vüsal Ağa|yeniliklər|0 comment

Comments are closed.